24/07/2018
10:50
20900
| A A A
Ronaldonun tibbi müayinə nəticələri həkimləri şoka saldı

Juventus-a transfer olunan  Kriştianu Ronaldonun tibbi müayinə nəticələri bəlli olub. Goal.az xəbər verir ki, nəticələrə əsasən, Ronaldonun durumunu 20 yaşlı insanın orqanizmi ilə müqayisə etmək olar. Onun bədənində piyin miqdarı cəmi 7 faiz olub. Yaşı nəzərə alsaq, normada bu, 10-11 faiz olmalıdır.

Ronaldonun bədəninin əzələ kütləsi isə 50 faiz təşkil edib. Bu yaşda orta göstərici isə 46 faiz hesab olunur. Ronaldo DÇ-2018-də keçirdiyi oyunlarda 33,9 km məsafə qət edib.