10/08/2018
10:14
1607
| A A A
Avroliqa oyununda hakimin başı yarıldı - video

Avstriyada Şturm və Kiprin AEK komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu yarımçıq dayandırılıb.

Goal.az-ın məlumatına görə, AEK 2-0 öndə olarkən, 78-ci dəqiqədə tribunadan atılan şüşə qab yan xətt hakiminin başına dəyib. Yerə yıxılan laynsmanın başı qanayıb. Bunu görən isveçli baş hakim Məhəmməd əl-Hakim komandaları paltardəyişmə otağına göndərib.

Sturm-un mətbuat xidməti fanatların hərəkətini yolverilməz və klubun nüfuzuna xələl gətirən addım adlandırıb. İnsidentin səbəbkarının saxlanılıb.

40 dəqiqə sonra bərpa edilən oyunda əlavə qol olmayıb.