10/08/2018
11:27
4921
| A A A
Tottenham son 15 ildə ilk dəfə

İngiltərə Premyer Liqasında çıxış edən Tottenhem son 15 ildə yay fasiləsi zamanı heç bir futbolçu transfer etməyən yeganə klub olub.

Goal.az xəbər verir ki, baş məşqçi Maurisio Poççetino durumlarından razıdır: “Komandanızı gücləndirə biləcək futbolçular ala bilmirsinizsə, ən yaxşı oyunçuları itirməyəcəyinizə əmin olun. Fikrimcə, klub ən yaxşı futbolçularını heyətdə saxlamaqla əla iş gördü”.

Qeyd edək ki, İngiltərədə “transfer pəncərəsi” avqustun 9-da bağlanıb. Klublar bundan sonra yalnız oyunçularını sata bilərlər. Yay fasiləsində bazarda ən fəal klub Liverpool olub. “Qırmızılar” 4 futbolçuya ümumilikdə 164 milyon funt sterlinq ödəyiblər.