10/08/2018
14:28
4335
| A A A
Barcelona Pol Poqbanı əldə etməyə çalışır

İngiltərədə transfer pəncərəsinin bağlanmasına baxmayaraq, Barcelona Manchester United-dən Pol Poqbanı almağa cəhd edir. Goal.az xəbər verir ki, katalonlar yarımmüdafiəçinin keçidini avqustun 31-dək həll etməyə çalışırlar. İspaniyada transfer pəncərəsi həmin gün bağlanır. Poqba klubdan ayrılmaq niyyətindədir. O, baş məşqçi Joze Mourinyo ilə qalmaqala görə getmək qərarına gəlib. Transferlə bağlı əsas problem mançesterlilərin Poqba üçün yüksək məbləğ tələb etməsidir. Barcelona daha əvvəl 45 milyon avro, həmçinin Andre Qomeşlə Yerri Minanı Manchester klubuna göndərməyə hazır olduğunu bildirmişdi. Bu cür sövdələşmə “qırmızı şeytanlar”ı qane etməmişdi.