13/09/2018
10:33
5533
| A A A
Ronaldonun ideal fiziki formasının səbəbi açıqlandı
Juventus-un futbolçusu Kriştiano Ronaldonun ideal fiziki formaya sahib olmasının səbəbləri açıqlanıb.
Goal.az xəbər verir ki, portuqaliyalı hücumçunun sağlamlığına nəzarət edən həkim Xuan Karlos Ernandes “La Gazetta Dello Sport”a müsahibəsində onun düzgün vərdişlərə əməl etdiyini bildirib:
“Ronaldonun uğuru üç amillə bağlıdır – düzgün məşq, düzgün qidalanma və düzgün istirahət". 
33 yaşlı futbolçunun digər həkimi Mika Kleqqa isə deyib: “Ronaldonu həmkarlarından fərqləndirən əsas cəhət onun işinə sədaqətli olmasıdır. O, heç vaxt dayanmır". 
Qeyd edək ki, yay fasiləsində Real Madrid-dən Juventus-a keçən Ronaldo A Seriyasında 3 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.