14/09/2018
14:07
1128
| A A A
AFFA Hakimlər Komitəsində yeni sədr

AFFA-nın Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilib.

Goal.az-ın xəbərinə görə, bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında verilib. Quruma avstriyalı sabiq FİFA referisi Fritz Stuxlik sədr təyin olunub.

Xaqani Məmmədov Hakimlər Komitəsi, Əli Hüseynov isə Hakim-İnspektorlar Komitəsindəki sədr vəzifələrini itiriblər.