24/09/2018
23:46
10479
| A A A
FİFA ilin ən yaxşılarını açıqladı - məşqçi, qapıçı, qol

İngiltərənin paytaxtı Londonda FIFA-nın "The Best" mükafatının qalibləri açıqlanıb.

Goal.az xəbər verir ki, tədbirdə əvvəlcə 2018-ci ilin ən yaxşı qolunun müəllifi müəyyənləşib.

Bu, İngiltərənin Liverpool klubunun futbolçusu Məhəmməd Salahdır. Misirli yarımmüdafiəçi Everton-la matçda vurduğu qola görə mükafatlandırılıb.

Daha sonra ən yaxşı baş məşqçinin adı məlum olub. Bu, Fransa milli komandasına rəhbərlik edən Didye Deşamdır. Deşamın rəhbərliyi altında yığma dünya çempionu olub. O, İspaniya Real Madrid-inə Çempionlar Liqasını qazandırmış Zinəddin Zidanı və Xorvatiya yığmasını dünya çempionatında finala çıxarmış Zlatko Daliçi üstələyib.

Madridin Real klubu və Belçika yığmasının qapıçısı Tibo Kurtua 2018-ci ilin ən yaxşı qolkiperi seçilib. O, bu titul uğrunda mübarizədə Uqo Lyoris (Fransa, Tottenham) və Kasper Şmeyheli (Danimarka, Leicester) qabaqlayıb.

Kurtua Belçika yığma komandasının heyətində DÇ-2018-in bürünc medalını qazanıb, həmçinin turnirin yekununda ən yaxşı qapıçı seçilib. (Report)