08/10/2018
14:20
9577
| A A A
"Qızıl Top"a ilk namizədlər açıqlandı

“France Football” nəşri “Qızıl top” mükafatına namizədləri açıqlamağa başlayıb. 

Goal.az xəbər verir ki, ilk olaraq 5 namizədin adı siyahıya daxil edilib. 

"5-lik"də Serxio Aqüero (Manchester City/Argentina), Qaret Beyl (Real Madrid/ Uels), Kərim Benzema (Real Madrid/Fransa), Alisson Bekker (Liverpool/Braziliya), Edinson Kavani (PSG/Uruqvay) yer alıblar.

İkinci "5-lik"də Tibo Kurtua (Real Madrid/Belçika), Kriştianu Ronaldo (Juventus/Portuqaliya), Kevin De Bruyne (Manchester City/ Belçika), Roberto Firmino (Liverpool/Braziliya) və Dieqo Qodin (Atletico /Uruqvay) yer alıb.

 

Dünyanın ən yaxşı futbolçusu mükafatı uğrunda 30 oyunçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq. 

Qeyd edək ki, "Qızıl top" mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək.