21/10/2018
11:51
14277
| A A A
Ronaldo burada da birinci oldu

Juventus-un portuqaliyalı ulduzu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Goal.az xəbər verir ki, Juventus-un ulduz hücumçusu Kriştiano Ronaldo ötən gün İtaliya Seriya A-da keçirilən Juventus – Genoa (1-1) qarşılaşmasının 18-ci dəqiqəsində qol vuraraq daha bir ilkə imza atıb. Belə ki, portuqaliyalı ulduz Avropanın TOP-5 çempionatlarında 400 qol vuran ilk futbolçu olub. 33 yaşlı Ronaldoya 400 qol vurmaq üçün 497 matç bəs edib. Kriştianonun bu yarışmada ən yaxın izləyicisi isə Lionel Messidir. Argentinalı ulduzun TOP-5 çempionatlarda 389 qolu var. Xatırladaq ki, Ronaldonun  gənclik illərində oynadığı Portuqaliya çempionatında ki nəticələri onun bu rekorduna daxil deyil. Kriştiano İngiltərə Premyer Liqasında 84, İspaniya La Liqasında 311, İtaliya Seriya A-da isə 5 qolu var.