23/10/2018
14:37
11901
| A A A
Barcelona-dan transfer rekordu
Barcelona Samuel Umtiti və Tomas Varmaelenin yerinə daha güclü bir mərkəz müdafiəçisi transfer etmək istəyir.
Goal.az xəbər verir ki, Kataloniya klubunun hədəfindəki əsas futbolçu Napoli-nin seneqallı ulduzu Xalidu Kulibalidir. Barcelona-nın qışda 27 yaşlı stoper üçün İtaliya klubuna 100 milyon avro təklif edəcəyi deyilir. Bu transfer baş tutsa, seneqallı futbolçu futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. Hazırda ən bahalı müdafiəçi bu ilin yanvarında Southampton-dan Liverpool-a 78,8 milyon avroya transfer olunan Virgil van Diykdir.
Qeyd edək ki, Xalidu Kulibali 2014-cü ildə "Genk"dən "Napoli"yə 7,75 milyon avroya transfer olunub.