05/11/2018
13:47
4310
| A A A
14 yaşında çempionatda qol vurdu

14 yaşlı hücumçu “klasico”da fərqləndi Paraqvay çempionatının mərkəzi matçında Olimpiya Asunson evdə Cerro Portenyo ilə bərabərə qalıb-2:2. Goal.az xəbər verir ki, ölkəni ən titulu klublarının qarşılaşmasında qonaqların 14 yaşlı hücumçusu Fernando Ovelar qol vurub. 2004-cü il yanvarın 6-da anadan olan Ovelar ölkə çempionatında ikinci matçına çıxıb. Fevralda debüt edən yeniyetmə hücumçu hər iki oyunda start heyətində meydana çıxıb və 59 dəqiqə oynayıb. Qeyd edək ki, Olimpiya Asunson 41 dəfə Paraqvay çempionu olub. Cerro Portenyo bu ada 32 dəfə layiq görülüb. Komandalar arasında keçirilən oyun ölkədə “klasiko” kimi tanınır.