08/11/2018
15:26
1052
| A A A
Konte Chelsea ilə danışıqdan imtina etdi

Chelsea-nin sabiq baş məşqçisi Antonio Konte klubun nümayəndələri ilə görüşməkdən imtina edib.

Goal.az "Sky Sport"a istinadən xəbər verir ki, London klubu 49 yaşlı italiyalı mütəxəssisin təzminat tələbini məhkəmədən kənarda həll etmək istəyib. Lakin Konte bu təkliflə razılaşmayıb və məsələnin məhkəmə yolu ilə həllini tapacağını bildirib.

Konte 2016 - 2018-ci illərdə  Chelsea-ni çalışdırıb. O, klubundan ümumilikdə 23 milyon avro tələb edib.