08/11/2018
17:18
937
| A A A
UEFA yeni prezident seçir - 1 namizədi var

UEFA növbəti 4 il üçün prezident seçkilərinə hazırlaşır. Goal.az xəbər verir ki, bu posta yeganə namizəd qurumun indiki rəhbəri Aleksander Çeferindir. Noyabrın 7-də ərizələrin təqdimatı başa çatıb. Lakin indiki prezidentdən başqa heç kim namizədliyini irəli sürməyib. Növbəti prezident seçkisi fevralın 7-də Romada olacaq. Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildə seçilib. UEFA-nın yeddinci prezidenti 55 mümkün səsdən 42 -ni toplayıb. UEFA-nın əvvəlki rəhbəri Mişel Platini iki il bundan əvvəl istefa verib. Fransalı 2011-ci ildə 1,6 milyon avro rüşvət almaqda günahlandırılırdı.