08/11/2018
19:23
1613
| A A A
Koutinyo ciddi zədələndi

Barcelona-nın yarımmüdafiəçisi Filippe Koutinyo ciddi zədələnib. Goal.az xəbər verir ki, futbolçu 3 həftə yaşıl meydandan kənarda qalacaq. Braziliyalının sol ayağında damarların zədələndiyi deyilir. Koutinyo komandasının Betis-lə oyununu buraxmalı olacaq. Noyabrın 24-də Atletico matçına çıxması isə sual altındadır. Koutinyo cari mövsümdə La liqada 4 qol vurub, 1 məhsuldar ötürmə edib.