12/11/2018
14:21
7326
| A A A
Çempionlar Liqasında oyun günü dəyişir

UEFA qitənin top-klublarının ortaya atdığı Superliqa ideyası ilə barışmaq niyyətində deyil.

Goal.az AS nəşrinə istinadən xəbər verir ki, qurum Superliqanın qarşısını almaq üçün mühüm dəyişikliklər etməyi nəzərdə tutur. UEFA Çempionlar Liqasının matçlarını bundan sonra bazar günü keçirməyi planlaşdırır. Ara günlərdə isə milli komandalar meydana çıxacaq. Lakin İspaniya, İtaliya, İngiltərə və Almaniyanın aparıcı klubları UEFA-nın cədvəldə etdiyi dəyişikliyi etirazla qarşılayıb. Klublar birgə bəyanatla çıxış edərək matçları əvvəlki cədvələ uyğun keçirəcəklərini bildiriblər.

Xatırladaq ki, qitənin 16 top-klubu Superliqa yaratmaq niyyətindədir. Kommersiya xarakterli bu turnir Çempionlar Liqasını əvəzləyəcək.