01/12/2018
12:00
7410
| A A A
İlin ən yaxşı futbolçuları açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşılarını açıqlayıb. Goal.az  xəbər verir ki, qurum bir sıra nominasiyalarda qalibləri müəyyənləşdirib.

İlin ən yaxşı bombardiri bu il başa çatan çempionatlardakı qol sayına görə bəlli olub. Klub və yığma məşqçiləri, kişilər və qadınlar arasında qapıçı və pleymeyker, həmçinin qadın klubu İFFHS-in ölkələr üzrə nümayəndələri arasında keçirilən səsvermə ilə seçilib.

İlin ən yaxşı bombardiri

1-2. Lionel Messi (Barcelona) - 34

Jonas (Benfica) - 34

3. Məhəmməd Salah (Liverpool) - 32

İlin ən yaxşı qadın klubu

1. Lyon (Fransa) - 302

2. Wolfsburg (Almaniya) - 138

3. Carolina (ABŞ) – 37

İlin ən yaxşı milli məşqçisi

1. Didye Deşam (Fransa) - 304

2. Zlatko Daliç (Xorvatiya) - 198

3. Roberto Martines (Belçika) - 84

İlin ən yaxşı klub məşqçisi

1. Zinəddin Zidan (Real Madrid) - 286

2. Yurgen Klopp (Liverpool) - 109

3. Pep Qvardiola (Manchester City) – 105

İlin ən yaxşı qapıçıları

1. Tibo Kurtua (Belçika, Chelsea/Real) - 181

2. Uqo Loris (Fransa, Tottenham) - 109

3. Canluici Buffon (İtaliya, Juventus/PSG) – 59

İlin ən yaxşı qadın qapıçısı

1. Sara Buhaddi (Fransa, Lyon) - 185

2. Almut Şult (Almaniya, Wolfsburg) - 121

3. Eşlin Harris (ABŞ, Orlando) – 48

İlin ən yaxşı pleymeykeri

1. Luka Modriç (Xorvatiya, Real) - 272

2. Lionel Messi (Argentina, Barcelona) - 144

3. Eden Azar (Belçika, Chelsea) – 114

İlin ən yaxşı qadın pleymeykeri

1. Cenifer Marojan (Almaniya, Lyon) - 176

2. Marta (Braziliya, Orlando) - 170

3. Pernil Harder (Danimarka, Wolfsburg) - 72