03/12/2018
15:00
2772
| A A A
Çempionlar Liqası ilə bağlı erkən qərar verildi

Bu mövsüm Çempionlar Liqasında videotəkrar (VAR) sistemindən istifadə olunacaq.

Goal.az "Sky Sports”a istinadən xəbər verir ki, yeni texnologiyanın 1/8 final mərhələsindən etibarən tətbiq olunacağı açıqlanıb.

UEFA əvvəlcə VAR-dan ÇL-in 2019/20 mövsümündə istifadə olunacağını açıqlasa da, DÇ-2018-də qeydə alınan hakim səhvləri bu sistemdən dah tez istifadə olunması zərurətini yaradıb.

Qeyd edək ki, Almaniya Bundesliqası, İtaliya A seriyası və İspaniya La Liqasında istifadə olunan bu sistem gələn mövsüm İngiltərə Premyer Liqasında da tətbiq olunacaq.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16466 səs