03/12/2018
16:50
1331
| A A A
Ən yaxşı hakim o seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.

Goal.az xəbər verir ki, qurum dünya ölkələrindəki nümayəndələri arasında keçirdiyi səsvermə ilə həm kişi, həm qadınlar arasında ən yaxşıları müəyyənləşdirib.

Argentinalı Nelson Pitana ilin ən yaxşı kişi hakimi adını qazanıb. O, 180 xal toplayıb. Hollandiyalı Byorn Kuypers 100, serbiyalı Milorad Majiç 86 xal yığıb. 

Almaniyalı Bibiana Steynhaus isə qadın hakimlər arasında ən yaxşı seçilib – 138 xal. Çexiyalı Yana Adamkova 100 xalla 2-ci, Stefani Frappard 67 xalla 3-cü olub.