04/12/2018
15:50
1377
| A A A
2 ildən sonra iş tapdı

İki il işsiz qalan Argentina millisinin keçmiş hücumçusu Ernan Krespo yeni iş yeri tapıb.

Goal.az xəbər verir ki, eks-hücumçu öz ölkəsinin Banfield klubunu çalışdıracaq. İndiki baş məşqçi Xulio Sesar Falsoni dekabrın 8-də postundan gedəcək. Onun yerini Krespo tutacaq. Komanda 27 turdan sonra turnir cədvəlində 17-ci yerdədir. Krespo karyerası ərzində Parma, Çelsea, İnter, Milan və Latsio kimi klublarda forma geyinib. Libertadores Kubokunun qalibidir. UEFA kubokunu, İngiltərə və İtaliya çempionluğunu qazanıb. Sonuncu iş yeri olan Modena klubunu 2016-də tərk edib.