04/12/2018
14:51
2595
| A A A
Real Barcelona-ya çatdı

Real-ın və Xorvatiya milisinin yarımmüdafiəçisi Luka Modriç klubun heyətində “Qızıl top” mükafatını qazanan 7-ci futbolçu olub. Goal.az xəbər verir ki, buna qədər “kral klubu”nun futbolçularından Alfredo di Stefano(1957, 1959), Raymon Kopa (1958), Luiş Fiqu (2000), Ronaldo (2002), Fabio Kannavaro (2006) və Kriştiano Ronaldo (2013, 2014, 2016, 2017) mükafata layiq görülüb. Barcelona , Yuventus və Milan-ın tarixində 6 futbolçu “Qızıl top”əldə edib. Futbolçulara verilən fərdi mükafatın ümumu sayına görə Real Barcelona-ya çatıb-hərəyə 11 “Qızıl top”. Modriç səsvermədə Juventus-un hücumçusi Kriştiano Ronaldo və Atletico-nun forvardı Antuan Qrizmannı qabaqlayıb.

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
5 səs