04/12/2018
14:00
2773
| A A A
Məşhur tennisçidən qadın futbolçuya dəstək: "Qadınlar belə pisliklə niyə barışmalıdırlar?"

Qadın futbolçular arasında “Qızıl top” mükafatını qazanan Ada Hegerbergə mərasimdə tverk rəqsi oynamaq təklif olunub.

Goal.az xəbər verir ki, bu cür təklif narazılıqla qarşılanıb. Tennis üzrə ikiqat Olimpiya çempionu Endi Murrey bu məsələyə daha kəskin reaksiya verib. “Qadınlar belə pisliklə niyə barışmalıdır? Hegerberg təklifi dərhal rədd etdi. Belə olmalıdır. Mərasimdə Modriçə, Mbappeyə verilən suallar nə idi? Həmin suallarda futbola aid cüzi bir şey tapmaq olardı. Bəziləri qadın futbolçuya edilən təklifi zarafat hesab edir. Xeyr, bu, zarafat deyildi. Belə bir mötəbər tədbirdə bu cür zarafat etmirlər. Bütün həyatım idmanda keçib. Tam əminliklə deyə bilərəm ki, idmanda seksizmin səviyyəsi yox dərəcəsindədir”,- Marrey deyib.

Xatırladaq ki, “Qızıl top”un təqdimetmə mərasiminin musiqi tərtibatçısı Martin Solveyq qadınlar arasında mükafatın sahibi Ada Hegerbergə mükafatla birlikdə tverk rəqsi ifa etməyi təklif edib. Xanım futbolçu anında bu təklifdən imtina edib. Mərasimdən sonra Solveyq seksizmdə günahlandırılıb. Daha sonra o twitter hesabında hərəkətinə görə üzr istəyib.

Image result for andy murray