08/01/2019
10:27
1765
| A A A
Beyl komandasının oyununu yarımçıq tərk etdi - FOTO

Real-ın uelsli hücumçusu Qaret Beyl İspaniya çempionatının 18-ci turunda komandasının Real Sociedad arasında keçirilən oyunu (0:2) sonadək izləməyib.

Goal.az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, o görüşün 78-ci dəqiqəsində "Santyaqo Bernabeu" stadionunu tərk edib. Forvard stadiondan ayrılarkən hesab 0:1 komandasının əleyhinə olub.

Sol baldır əzələsindən aldığı zədəni sağaltmaqla məşğul olan futbolçu 10-15 gün yaşıl meydanlardan kənarda qalacaq.

Cari mövsümdə 29 yaşlı Beyl İspaniya çempionatında 15 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. 

Image result for Gareth Bale left the Bernabeu before the final whistle