08/01/2019
11:29
4577
| A A A
Avropada oynayan 100 ən bahalı futbolçu - SİYAHI
CIES Football Observatory araşdırma mərkəzi Avropanın "böyük beşlik" çempionatlarında çıxış edən 100 ən bahalı futbolçunun siyahısını açıqlayıb.
Goal.az mərkəzin rəsmi saytına istinadla xəbər verir ki, siyahıda futbolçular qiymətləndirilərkən onları yaşı və klubları ilə müqavilələrinin müddəti nəzərə alınıb.
Siyahıya PSG-nin 20 yaşlı fransalı hücumçusu Kilian Mbappe başçılıq edir. Onu İngiltərə millisinin və Tottenham-in hücumçusu Harri Keyn (200,3 milyon), izləyir. İlk "üçlüy"ü PSG-nın braziliyalı ulduzu Neymar qapayır.
Siyahıdakı futbolçuların 27-sinin qiyməti 100 milyon avrodan çoxdur. Onların 16-sı İngiltərə, 5-i İspaniya, 3-ü İtaliya, 2-si Fransa, 1-i isə Almaniya milli çempionatlarında çıxış edir. 27 nəfərlik siyahıda Braziliyadan 6, İngiltərə və Fransanın hər birindən 5, Argentina, Portuqaliya, Belçikanın hər birindən 2, Misir, Almaniya, Seneqal, Uruqvay və İtaliyanın hər birindən 1 futbolçu yer alıb.
İlk "20-lik":
1. Kilian Mbappe (PSG/Fransa) - 218,5 milyon avro
2. Harri Keyn (Tottenham/İngiltərə) - 200,3 milyon avro
3. Neymar (PSG/Fransa) - 197,1 milyon avro
4. Rahim Sterlinq (Mancherster City/İngiltərə) - 185,8 milyon avro
5. Məhəmməd Salah (Liverpool/Misir) - 184,3 milyon avro
6. Paulo Dibala (Juventus/Argentina) - 171,9 milyon avro
7. Lionel Messi (Barcelona/Argentina) - 171,2 milyon avro
8. Romelu Lukaku (Manchester United/Belçika) - 162 milyon avro
9. Filippe Koutinyo (Barcelona/Braziliya) - 157 milyon avro
10. Leroy Sane (Mancherster City/Almaniya) - 156,1 milyon avro
11. Antoine Qrizmann (Atletico/Fransa) - 155.2 milyon avro
12. Dele Alli (Tottenham/İngiltərə) - 150.2 milyon avro
13. Roberto Firmino (Liverpool/Braziliya) - 145.6 milyon avro
14. Sadio Mane (Liverpool/Seneqal) - 137.4 milyon avro
15. Qabriel Xesus (Manchester City/Braziliya) - 134.6 milyon avro
16. Bernardo Silva (Manchester City/Portuqaliya) - 133.2 milyon avro
17. Pol Poqba (Manchester United/Fransa) - 130.3 milyon avro
18. Eden Hazard (Chelsea/Belçika) - 129 milyon avro
19. Kriştiano Ronaldo (Juventus/Portuqaliya) - 127,2 milyon avro
20. Osman Dembele (Barcelona/Fransa) - 120 milyon avro

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2074 səs