09/01/2019
14:52
1419
| A A A
Qitələrarası Kubok bərpa olunur

UEFA və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Qitələrarası Kubokun bərpa variantını nəzərdən keçirir.

Goal.az "Varsky Sports"a istinadən xəbər verir ki, Avropa və Cənubi Amerikanın futbol qurumları klublararası dünya çempionatında intriqanın az olmasında və azarkeşlər üçün çox maraq doğurmamasında həmfikirdilər. Bu səbəbdən, onlar 1960 – 2004-cü illərdə keçirilmiş Qitələrarası Kubokun bərpa olunmasının tərəfdarıdırlar. Həmin turnir bir final matçından ibarətdir və Çempionlar Liqasının qalibi ilə Libertadores Kubokunu qazanan komandalar arasında təşkil olunur.

UEFA və CONMEBOL daha bir turnirin keçirilməsini nəzərdən keçirirlər. Burada isə Avropa Liqasında birince yeri tutan kollektivlə Cənubi Amerika Kubokunu əldə edən komanda qarşılaşmalıdır.