10/01/2019
10:52
1636
| A A A
Təcili yardım maşını zədəli futbolçunun ayağının üstündən keçdi

Braziliyanın gənclərdən ibarət FlamengoTrinidad klublarının matçında gülməli hadisə baş verib.

Goal.az xəbər verir ki, hadisə həkimlərin zədəli futbolçuya yardım etdiyi zaman qeydə alınıb. Belə ki, Trinidad futbolçularından biri oyunda sol ayağından zədələnib. Hakim yardım üçün həkim briqadasını meydana çağırıb. Tibbi xidmət maşını yerdə uzanan futbolçuya yaxınlaşıb. Ehtiyatsızlıq edən sürücü maşınla zədəlinin sağ ayağının üstündən keçib. Beləliklə, gənc futbolçunun hər iki ayağı zədələnib. Maraqlıdır ki, bu, həkimlərdən birində gülüş doğurub. Futbolçunu meydandan çıxarandan sonra oyun davam edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2076 səs