10/01/2019
14:47
1486
| A A A
UEFA transferlərlə bağlı qərarı sərtləşdirir

UEFA maliyyə feyr-pleyi ilə bağlı yeni qərar hazırlayır.

Goal.az xəbər verir ki, Avropa futbol qurumu transferlərin ödənişləri ilə bağlı qaydanı sərtləşdirəcək.

Yeni qərar qəbul olunduqdan sonra klublar heyətinə qatdığı futbolçu üçün ödənişi ən gec 3 il müddətində gerçəkləşdirməlidir. Bu da bahalı transferlərin qiymətinin hissə-hissə uzun müddətdə ödənməsinin qarşısını alacaq.

Böyük əks-səda doğuran Neymarın Barcelona-dan PSG-yə keçidi 222 milyon avroya başa gəlib. Lakin Fransa klubu bu məbləği futbolçunun müqaviləsi bitənə qədər – 5 ildə ödəyəcək.

İldə 44,4 milyon ödənməsi maliyyə feyr-pleyini pozuntusundan qaçmağa imkan verir. UEFA-nın yeniliyindən sonra isə belə hallar müşahidə olunmayacaq. Klub həmin məbləği cəmi 3 ilə ödəmək məcburiyyətində qalacaq. Belə qaydalarla Neymarın keçidində illik ödəniş 74 milyon avroya qədər artmış olar.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2074 səs