10/01/2019
17:32
1707
| A A A
Mourinyo nə qədər kompensasiya aldı?

Joze Mourinyo Manchester United-dən alacağı kompensasiya ilə bağlı məsələni yoluna qoyub.

Goal.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, “zadəganlar” istefaya göndərdiyi portuqaliyalıya 15 milyon funt (təxminən 16,6 milyon avro) kompensasiya ödəyib.

Xatırladaq ki, İngiltərə çempionatının 17-ci turunda Manchester United-in səfərdə Liverpool-a uduzmasından (1:3) sonra Mourinyo istefaya göndərilib. Təcrübəli mütəxəssis karyerası ərzində Porto, Chelsea, İnterReal Madrid-də işləyib. Manchester United-ə 2016-da gətirilən portuqaliyalı sükanı arxasında olduğu kluba iki il ərzində 3 mükafat qazandırıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2827 səs