12/01/2019
12:14
3349
| A A A
UEFA 2018-ci ilin simvolik komandasını açıqlayıb

UEFA 2018-ci ilin simvolik komandasını açıqlayıb.

Goal.az xəbər verir ki, ötən ilin ən yaxşı oyunçuları sırasında "Qızıl top"un sahibi Luka Modriç də yer alıb. Fransanın PSG klubunun ulduz futbolçusu Neymar isə siyahıya daxil edilməyib.

2018-ci ilin simvolik komandası:

Qapıçı: Andre ter Ştegen (Barcelona, İspaniya)

Müdafiəçilər: Serxio Ramos, Rafael Varan, Marselo (hamısı Real Madrid, İspaniya), Vircil van Deyk (Liverpool, İngiltərə)

Yarımmüdafiəçilər: Luka Modriç (Real Madrid, İspaniya), N'Qolo Kante, Eden Azar (hər ikisi Chelsea, İngiltərə)

Hücumçular: Kilian Mbappe (PSG, Fransa), Kriştianu Ronaldu (Juventus, İtaliya), Lionel Messi (Barcelona, İspaniya)

Qeyd edək ki, simvolik komanda azarkeşlərin səsverməsinə əsasən müəyyənləşdirilib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15461 səs