05/02/2019
11:55
2067
| A A A
İnfantinonun ciddi rəqibi yoxdur

Canni İnfantino növbəti dəfə FİFA prezidenti seçilməkdə çətinlik çəkməyəcək.

Goal.az xəbər verir ki, Canni İnfantinonu quruma üzv olan federasiyalardan 196-sı dəstəkləyir. Əslində İnfantinonun ciddi rəqibi də yoxdur.

Seçkiilərdə adının bülletenə düşməsinə israrla çalışan yalnız Tottenham-in və İsveçrə yığmasının sabiq futbolçusu Roman Veqadır.

Seçkilərdə iştirak etmək istəyənlər fevralın 5-nə qədər namizədliklərini irəli sürə bilərlər.

Qeyd edək ki, FİFA-da prezident seçkiləri bu il iyunun 5-də təşkilatın Parisdəki konqresi zamanı keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28395 səs