06/02/2019
13:13
2004
| A A A
UEFA İcraiyyə Komitəsinin iclası ilk dəfə Bakıda
UEFA İcraiyyə Komitəsinin növbəti iclası Bakıda olacaq.

Goal.az xəbər verir ki, bu barədə “TASS" agentliyi məlumat yayıb. Mayın 29-da - Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final matçından öncə təşkil ediləcək iclasın məkanı və gündəliyində duran məsələlər hələlik bəlli deyil. Bu, İcraiyyə Komitəsinin Bakıdakı ilk toplantısı olacaq.
Qeyd edək ki, İK-nın bu gün Romada keçiriləcək iclasında isə UEFA prezidenti seçkisi, qadın futbolunun inkişaf strategiyası, Avro-2020-ə hazırlıq və digər məsələlər müzakirə ediləcək.

Bundan başqa, Çempionlar Liqasında səfər qolu qaydasının ləğv olunması ilə bağlı məsələyə də baxılacağı gözlənilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28391 səs