07/02/2019
16:17
1406
| A A A
UEFA-nın prezidenti müəyyənləşdi

İtaliyanın paytaxtı Romada keçirilən UEFA-nın 43-cü Konqresi yekunlaşıb.

Goal.az xəbər verir ki, tədbirdə qurumun prezidenti postuna seçkilər reallaşıb.

UEFA-nın indiki prezidenti Aleksandar Çeferin seçkilərdə yeganə namizəd olub. Çünki quruma üzv olan 55 milli assosiasiyanın hamısı onun namizədliyini irəli sürüb.

Çeferin alternativsiz seçkidə yenidən qurumun prezidenti olub. O, 2023-cü ilədək UEFA-ya rəhbərlik edəcək. Sloveniyalı funksioner avtomatik FİFA-nın vitse-prezidenti postunu da tutacaq.

Qeyd edək ki, 2016-cı il sentyabrın 14-də bu vəzifəyə seçilən sloveniyalı 42 səslə qalib gəlmişdi.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9552 səs