08/02/2019
14:50
7646
| A A A
Avropada ən çox maaş alan futbolçular açıqlandı - SİYAHI

 Fransanın L Equipe nəşri Avropada ən çox qazanan futbolçuların siyahısını açıqlayıb. Goal.az xəbər verir ki, top-10-a Barcelona-nın hücumçusu Leonel Messi başçılıq edir. Argentinalı hər ay 8,3 milyon avro məvacib alır. Juventus-un forvardı Kriştiano Ronaldo 4,7 milyon avro qazancla ikincidir. İlk “üçlüyü” Atletico-nun hücumçusu Antuan Qrizmann qapayır. Fransız 3,3 milyon avro maaş alır. PSG-nin braziliyalı forvardı Neymar dördüncüdür-3,6 milyon avro. Qitənin ən gənc futbolçusu, PSG-nin hücumçusu Kilian Mbappenin aylıq qazancı 1,73 milyon avro təşkil edir.

Avropadakı ən yüksək ödənişli 10 futbolçu:

1. Lionel Messi (Barcelona) - ayda 8,3 milyon avro

2. Kriştianu Ronaldo) - 4,7

3. Antuan Qrizman (Atletio) - 3,3

4. Neymar (PSG) - 3,06

5. Luis Suarez (Barcelona) - 2,9

6. Qaret Beyl (Real Madrid) - 2,5

7. Filippe Koutinyo (Barcelona) - 2,3

8. Aleksis Sançes (Manchester United) - 2,28

9. Kilian Mbappe - (PSG) - 1,73

10. Mesut Özil (Arsenal) - 1,6 

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
8795 səs