11/02/2019
09:36
2789
| A A A
Futbolçunun ölümünü lağa qoyan 2 azarkeş həbs olundu

İngiltərə Premyer Liqasının son turunda Sauthampton Cardiff City-ni qəbul etdiyi  oyunda iki azarkeş həbs olunub.

 Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Cardiff City-nin 2:1 hesabı ilə qalib gəldiyi oyunda, komandanın mərhum futbolçusu Emiliano Salanın ölümü ilə zarafat edən meydan sahiblərinin 2 azarkeşi həbs olunub. Belə ki, təyyarə qazasında dünyasını dəyişən argentinalı futbolçunun ölümünü lağa qoyan azarkeşlər, əlləri ilə təyyarə hərəkəti göstəriblər.

Klubdan verilən rəsmi açıqlamada, “Bu cür davranışların tribunalarımızda yeri yoxdur. Polislə birlikdə işlədik. Bundan sonra bu cür məsələlərdə daha sərt davranış sərgilənəcək” sözləri yer alıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7333 səs