09/03/2019
19:29
3272
| A A A
Ajax mövsümün sonunda dağılacaq - şok siyahı

Çempionlar Liqasında Real-ı məğlub edərək 1/4 finala çıxan Ajax-ın heyəti mövsümün sonunda böyük ölçüdə dağılacaq.

Goal.az xəbər verir ki, yetişdirdiyi istedadlarla yanaşı, kiçik məbləğə heyətinə qatdığı futbolçularla keçmiş günlərini xatırladan Hollandiya klubunun yeni mövsümə yeni heyətlə başlayacağı gözlənilir. Çünki Amsterdam təmsilçisinin əskər futbolçuları Avropa nəhənglərinin hədəfindədir. Komandanın ulduzlarına böyük məbləğli transfer təklifləri gəlməyə başlayıb.

Amma Ajax bu vəziyyətdən narahat deyil. Hollandiyada fəaliyyət göstərən "Football Orange" saytının qurucusu Maykl Bell, Ajax fanatları oyunçularının çoxunun mövsümün sonunda komandadan ayrılacağını bilir. Onlar bu vəziyyətə görə sadəcə qürur hissi keçirirlər. Ajax böyük klublarla pul yarışına girə bilməz. Azarkeşlər də bunu bilir. Bir neçə il olsa da, komandalarının uğurlu performans göstərməsi onlar üçün yetərlidir" deyir.

Ajax-ı tərk edəcək ilk futbolçu Frenki de Yonq olacaq. Klub artıq onun Barcelona-ya keçidini razılaşdırıb və bu barədə rəsmi açıqlama verib. Bu transferdən Amsterdam təmsilçisinin büdcəsinə 75 milyon avro daxil olacaq. Üstəlik futbolçunun performansından aslı olaraq 11 milyon bonus da gələ bilər. Ajax bu futbolçunu heyətinə pulsuz qatmışdı.

Komandanı tərk etməsi gözlənilən ikinci oyunçu Mattis de Liqtdir. 19 yaşlı stoper uğrunda Barcelona, PSG və Liverpool mübarizə aparır. Ajax-ın bu futbolçunun satışından ən azı 80 milyon avro qazanacaq.

Ajax-dan mövsümün sonunda ayrılması gözlənilən digər futbolçu Nikolas Taqliafikodur. 26 yaşlı argentinalı sol cinah futbolçusu Real-la danışıqlar aparır. Onu Arsenal da istəyir.

Donni van de Beekin də Hollandiya klubundan ayrılacağı deyilir. Yarımmüdafiəçi ilə bağlı hazırda Everton-la danışıqlar gedir. İngiltərə klubu bundan əvvəl Ajax-dan Davi Klaasseni 25 milyon avroya transfer etmişdi. Van de Beeklə Milan-ın da maraqlandığı bildirilir.

Özünü yaxşı tərəfdən göstərən Hakim Ziyeçin də İngiltərəyə üz tutması gözlənilir. Belə ki, Leicester bu futbolçunu Riyad Mahrezin yerinə transfer etmək niyyətindədir. Mərakeşli fubolçu ilə Borussia Dortmund və Roma da maraqlanır.

Duşan Tadiçin adı isə Bayern ilə yanaşı çəkilir. Düzdür, Ajax rəhbərliyi futbolçunun daha bir mövsüm komandada qalmaq istədiyini deyir. Amma yayda Bayern-ə keçməsi mümkündür.

22 yaşlı Andre Onananı da Barcelona-nın istədiyi bildirilir. Kataloniya klubu komandanı tərk etmək istəyən Casper Killessenin yerinə məhz bu futbolçunu transfer etmək istəyir. Barcelona Killesseni də Ajax-dan almışdı.

Qeyd edək ki, Ajax bundan əvvəl Kasper Dolberq üçün Monaco-dan, Hakim Ziyeç üçün isə Borussia-dan (Dortmund) gələn təklifləri rədd etmişdi. Hollandiya klubu futbolçuları üçün özünün müəyyənləşdirdiyi qiymətdə gələn təklifləri qəbul edəcəyini açıqlayıb.

Bəs Ajax ulduz futbolçularını satacağı halda hansı addımları atacaq? Hollandiya klubu həmişəki kimi ucuz və istedadlı futbolçuları heyətinə qatacaq. Bunlardan biri Real-a məxsus olan Martin Odeqaarddır. "Kral Klubu"ndan heyətə düşə bilməyən və icarəyə verilən 20 yaşlı norveçli futbolçunun yayda Ajax-a keçəcəyi deyilir.

Bundan başqa klubun akademiyasında yetişən çox sayda gənc istedad var. Onlardan bəzilərinin yeni mövsümdə əsas komandada olacağı deyilir. Onların arasında Perr Şkuurs və Dani de Vit kimi ulduz olmağa namizəd istedadlar var.

(fanat.az)

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3079 səs