11/03/2019
14:50
1332
| A A A
Lui van Qal: “Həyat yoldaşımı xoşbəxt etmək üçün futboldan gedirəm”

Hollandiya millisinin sabiq baş məşqçisi Lui van Qal məşqçilikdən ayrılmasının səbəblərini açıqlayıb.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis bunu həyat yoldaşı ilə əlaqələndirib. “Daha bəsdir, qurtardıq. Həyat yoldaşım 22 ildir ki, işləmir. Məni matçlara yola salmaq üçün işdən ayrılıb. Ona söz vermişdim ki, 55 yaşımda məşqçiliyə son qoyacağam. Vədimə əməl etmədim. İndi 65 yaşım var. Ömrüm boyu işləyə bilmərəm. Həyat yoldaşımın həyatdan zövq almaq haqqı var. Onu xoşbəxt etmək üçün futboldan gedirəm”, - holland çalışdırıcı deyib. Van Qal karyerası ərzində BarcelonaBayer MünichAjax və Manchester United-də işləyib. 1994/95 mövsümünda Ajax-la ÇL-nin qalibi olub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3079 səs