11/03/2019
19:20
2823
| A A A
Arsenal Manchester United-dən üzr istədi

İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən ArsenalManchester United matçında “topçular”ın bir azarkeşi meydana daxil olaraq, qonaqların müdafiəçisi Kris Smollinqə hücum edib.

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hadisə ev sahiblərinin 2-ci qolundan sonra baş verib. Qol sevincini meydana daxil olaraq yaşayan azarkeş, polis tərəfindən saxlanılıb.

Arsenal Smollinqə hücum edən azarkeşə görə Manchester United-dən və futbolçudan üzr istəyib:

“Azarkeşimizin bu hərəkətini qınayırıq. Manchester United və Smollinqdən üzr istəyirik. Bunu edən azarkeş artıq saxlanılıb. London polisiylə əməkdaşlığımıza davam edəcəyik. Həmin azarkeşin ev və səfər oyunlarına girişinə qadağa qoyulacaq”.

Arsenal Manchester United-i 2:0 hesabıyla məğlub edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16951 səs