13/03/2019
19:00
3835
| A A A
Buffon təbrik etdi, Alleqri vəd verdi

Juventus Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında Atletico-ya 3:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə adlayıb.

Goal.az xəbər verir ki, qarşılaşmadan sonra Juventus-un sabiq qapıçısı, hazırda PSG-də çıxış edən Canluici Buffon "instaqram”da təbrik yazıb:

"Hamını təbrik edirəm. Bu, qeyri-adi və həyəcanlı idi. Mister Alleqri dahidir!”

Massimiliano Alleqri Buffonun təbrikinə biganə qalmayıb. O, Canluiciyə vəd verib: "Sağ ol, Cici, Sən bizimlə tarix yazmısan. Biz PSG-nin oyununa baxdıq və məyus olduq. Çalışacağıq ki, finala çıxaq və səni də ora aparaq”.

Juventus ilk oyunda Atletico-ya 0:2 hesabı ilə məğlub olmuşdu. Cavab qarşılaşmasında Ronaldo het-trik edib. PSG isə iki oyunun nəticəsinə görə, Manchester United-ə məğlub olaraq, mübarizəni dayandırıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3079 səs