14/03/2019
14:51
4892
| A A A
Manchester City valideynlərinə görə Sane ilə müqavilə bağlaya bilmir

Manchester City yarımmüdafiəçisi Leroy Sane ilə yeni müqavilə bağlaya bilmir.

Goal.az xəbər verir ki, razılaşma futbolçunun anası Regina Veberə görə pozulub. 23 yaşlı Sanenin agenti qismində danışıqlar aparan Regina klubun təklifini geri çevirib. Bildirilir ki, yarımmüdafiəçinin atası Suleyman Sane də müqavilə məsələsində öz şərtlərini irəli sürüb. Bu mənada “şəhərlilər” kiminlə razılaşacağını bilmir.

Xatırladaq ki, Suleyman Sane Seneqal millisinin sabiq qolkiperidir. Bir müddət Bundesliqa klublarında forma geyinib. Regina isə 1984-cü ildə keçirilən Olimpiya oyunlarında bədii gimnastika üzrə yarışlarda bürünc medal əldə edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2984 səs