15/03/2019
13:31
8792
| A A A
İnstagram-dakı layka görə PSG-dən qovulur

PSG-də Adrien Rabiotla bağlı növbəti qalmaqal yaşanıb.

Goal.az xəbər verir ki, 23 yaşı yarımmüdafiəçi komandasının Çempionlar Liqasında Manchester United-ə yenildikdən sonra rəqibin veteran futbolçularından olan Patrik Evranın qələbə sevinci ilə bağlı "Instagram"da etdiyi paylaşımı bəyənib. Bu isə klubda narazılığa səbəb olub.

Bundan başqa o, Manchester United-lə oyundan öncə gecə klubuna gedib. Rabiotun matçdan sonra əyləndiyi videonu paylaşması azarkeşlərin qəzəbinə tuş gəlib.

Bu günlərdə PSG rəhbərliyinin iclası keçiriləcək. Həmin iclasda Rabiotun müqaviləsinin ləğv ediləcəyi və komandadan qovulacağı deyilir.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16323 səs