19/04/2019
10:45
3525
| A A A
Pyaniç Juventus-dan ayrılır

Miralem Pyaniç Juventus-dan ayrıla bilər.

Goal.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, "Qoca sinyora" 29 yaşlı yarımmüdafiəçinin satışı ilə heyətin yenilənməsi və yeni oyunçuların alınması variantını nəzərdən keçirir.

Bosniyalının transferi klubun büdcəsinə 100 milyon avroya yaxın gəlir gətirə bilər.

Pyaniç Juventus-a 2016-cı ilin yayında Roma-dan transfer olunub. Onun komandaya keçidi turinlilərə 32 mln. avroya başa gəlib. Futbolçu cari mövsümdə klub səviyyəsində 39 oyunda iştirak edib, 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Pyaniçin klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36275 səs