23/04/2019
12:10
4062
| A A A
Mahrez Qvardiolaya xəbərdarlıq etdi

Manchester City-nin yarımmüdafiəçisi Riyad Mahrez klubunu dəyişmək fikrinə düşüb.

Goal.az-ın məlumatına görə, əlcəzairli futbolçu komandadakı durumundan məmnun deyil.

Ötən il Leicester-dən 60 milyon funt-sterlinqə transfer edilən 28 yaşlı orta sahə oyunçusu əsas heyətə düşməkdə çətinlik çəkir. Bu üzdən baş məşqçi Pep Qvardiola ilə görüşən futbolçu bu gedişat davam edəcəyi təqdirdə, komandadan ayrılacağını bildirib.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 26 oyunda iştirak edən Riyad Mahrez 6 qol, 3 assistlə yadda qalıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15677 səs