24/04/2019
12:21
3073
| A A A
Penaltini qaçıran futbolçu qovuldu - VİDEO

Paraqvayın İndependiente klubu penaltini dəqiq yerinə yetirə bilməyən futbolçunu komandadan qovub.

Goal.az xəbər verir ki, Bendriks Parra ilə müqaviləyə xitam verilməsinə səbəb Cənubi Amerika Kubokunda Kolumbiya La Equidad-ı ilə oyunda penalti seriyası zamanı onun “panenka” zərbəsi olub.

Rəqib qapıçı 27 yaşlı venesuelalı yarımmüdafiəçinin vuruşunu asanlıqla dəf edib.

Matç isə La Equidad-ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5480 səs