06/05/2019
11:02
37293
| A A A
Messi 3 futbolçunun Barcelona-da oynamasını istəyir

Barcelona-nın kapitanı Lionel Messi yay transfer dövründə komandaya qoşulmasını istədiyi 3 futbolçunun adını açıqlayıb.

Goal.az "Don Balon" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu 3 mövqeyin - qapıçı, mərkəz müdafiəçisi və hücumçu - güclənməsini istəyib.

Messiyə görə, mövsümün sonunda komandanı tərk etməsi gözlənilən Yasper Sillessenin yerinə ən uyğun seçim Hollandiya Ajax-ının kamerunlu qolkiperi Andre Onanadır. 23 yaşlı qapıçı 2010 - 2015-ci illər ərzində Barcelona-nın aşağı yaşlılardan ibarət komandalarında çıxış edib.

Mərkəz müdafiəsi üçün aparıcı oyunçunun uyğun gördüyü futbolçu isə Ajax-ın digər üzvü Mattias de Liqtdir. 

Hücumçu mövqeyinə namizədlər isə Almaniya Eintracht-ından Luka Yoviç, Hollandiya PSV-sindən isə İrvinq Losanodur.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16097 səs