10/05/2019
10:26
1105
| A A A
Libertadores Kubokunun oyununda kütləvi dava düşdü

Libertadores Kubokunun qrup mərhələsində Argentinanın Godoy Cruz və Çilinin Universidad de Concepcion komandaları arasında keçirilmiş həlledici oyun kütləvi dava ilə yekunlaşıb.

Goal.az xəbər verir ki,  məlumatına görə, baş hakim Vilton Sampayo iki qırmızı vərəqə göstərib. O, meydan sahiblərindən Fabian Enrikesi, qonaq komandadan isə Patrisio Rubionu meydandan qovub.

Godoy Cruz 1:0 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi "pley-off"a yüksəlib. Universidad de Concepcion isə qrup sonuncusu olub.

Qeyd edək ki, bu ildən final bir oyundan ibarət olacaq və əvvəldən müəyyənləşdirilmiş stadionda keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22437 səs