23/05/2019
09:42
7526
| A A A
“Azərbaycanlı qardaşlarım! Biz bunu etdik..." - Özil

Arsenal-ın futbolçusu Məsut Özil Bakıda Chelsea-yə qarşı keçirəcəkləri Avropa Liqasının final matçı öncəsi azərbaycanlı azarkeşlərə müraciət ünvanlayıb.

Goal.az xəbər verir ki, Twitter, Facebook və İnstagram-daki rəsmi səhifəsiləri vasitəsilə açıqlama yayan türk əsilli alman yarımmüdafiəçi finala kimi qalan 7 günü səbirsizliklə gözlədiyini bildirib.

O, Azərbaycan dilində yerli fanatlara da səslənib: “Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək”.

Özil 2018-ci il oktyabrın 4-də Qarabağ-la Bakı Olimpiya Stadionunda keçirdikləri Avropa Liqasının qrup mərhələsinin 2-ci tur oyunundan və paytaxt gəzintisindən fotolarını da paylaşıb.

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34017 səs