24/05/2019
09:42
4730
| A A A
Ya Neymar gedəcək, ya da Mbappe

Neymar və ya Kilian Mbappe yayda PSG-dən ayrıla bilər.

Goal.az ESPN-ə istinadən xəbər verir ki, Paris klubunun aparıcı oyunçuları arasında ciddi fikir ayrılıqları yaranıb. Braziliyalı hücumçunun komandanın gənc oyunçuları tənqid edərək, onları az danışıb meydanda çox iş görməyə çağırmasından sonra fransalı futbolçu ilə münasibətləri gərginləşib. Çünki Mbappe bu sözlərin onun ünvanına deyildiyini düşünüb.

Mbappenin həmçinin hazırkı maaşından narazı olduğu vurğulanıb. O, hazırda Neymardan üç dəfə az maaş alır. 20 yaşlı hücumu cari mövsüm öz oyunu ilə yüksək maaş almağa layiq olduğunu sübut etdiyini düşünür.

Münasibətlər o həddə çatıb ki, yayda onlardan biri PSG-ni tərk edə bilər. Neymar, Mbappeyə mövsümün ən yaxşı oyunçusu mükafatı təqdim olunan mərasimə də qatılmayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs