25/05/2019
11:17
4084
| A A A
Messi "Qızıl buts"u qazandı

“Qızıl buts” mükafatının qalibi məlum olub.

Goal.az xəbər verir ki, geridə qalan mövsümdə La Liqada 36 qol vurub, 13 məhsuldar ötürmə edən Barcelona-nın hücumçusu Lionel Messinin “Qızıl buts” mükafatını qazanacağı dəqiqləşib.

Messinin bu yarışda ən yaxın izləyicisi PSG-dən Kilian Mbappe idi. Fransız hücumçu Liqa 1-in son turunda 1 dəfə fərqlənərək, bu mövsümü 33 qolla tamamlayıb. Messinin digər izləyicisi isə Sampdoria-dan Fabio Kvalyarelladır. İtalyan futbolçu bu mövsüm 26 qol vurub. A Seriyasının sonuncu turunda Juventus-la matçda 11 qol vuracağı halda Kvalyarella “Qızıl buts” mükafatını qazana bilər, ancaq bu da mümkünsüzdür.

Messi karyerasında 6-cı dəfə “Qızıl buts” mükafatını qazanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs