03/06/2019
16:18
1582
| A A A
Nazarov mövsümün ən yaxşıları siyahısında

Almaniyanın II Bundesliqa klubu Aue-nin geridə qalan mövsümdə ən faydalı futbolçuları müəyyənləşib.

Siyahıda Azərbaycan millisinin üzvü Dmitri Nazarov da yer alıb.

Konkret olaraq 4 futbolçu seçilib ki, Nazarov ən faydalı 2 oyunçudan biri sayılıb. Həmkarlarımız onun və hücumçu Paskal Testroetin mövsüm ərzində komandaya əvəzsiz köməyinin olduğunu yazıblar.

Qeyd olunub ki, Aue II Bundesliqadakı yerini qoruduğu üçün məhz Nazarova minnətdar olmalıdır: "Düzdür, bir çox oyunlarda ehtiyatda oldu. Lakin onun həlledici məqamlarda səhnəyə çıxması komandasına böyük kömək etdi. Xüsusən də, XXXI və XXXII turlarda Bochum-la Regensburg-un qapısından yol tapmaqla Aue-ni II Bundesliqada saxladı".

Yazıda o da vurğulanıb ki, baş məşqçi Daniel Meyer adıçəkilən iki oyunçunun mütləq komandada qalmasını tələb edib. Çalışdırıcı Nazarovu gələn mövsümün aparıcı simalarından biri qismində görür.

Qeyd edək ki, Dmitri Nazarovun Aue ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33190 səs