04/06/2019
11:00
1784
| A A A
2020-2021-ci il mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq

"Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

Goal.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub:

2019-2020-ci il mövsümündə Azərbaycan Premyer Liqasında komandaların sayı ötən mövsüm olduğu kimi (8 komanda) saxlanılacaq. Premyer Liqada çıxış etmək üçün lisenziya almaq məqsədi ilə Birinci Divizion klublarından heç biri müvafiq sənədləri təqdim etmədiyinə görə Premyer Liqanın 2019-2020-ci il mövsümündə ötən mövsüm mübarizə aparan komandalar çıxış edəcəklər.

 Xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA tərəfindən ödəniləcək.

AFFA-nın “Grow-2020” strategiyasına uyğun olaraq, 2020-2021-ci il mövsümündə Azərbaycan Premyer Liqasında lisenziya şərtlərinə əməl olunacağı təqdirdə, komandaların sayının artırılması nəzərdə tutulur.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34048 səs