05/06/2019
13:02
2996
| A A A
UEFA-nın sabiq prezidenti vəfat etdi

UEFA-nın sabiq prezidenti, FIFA-nın keçmiş vitse-prezidenti Lennart Yuhansson vəfat edib.

Goal.az-ın məlumatına görə, isveçli funksioner 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, L.Yuhansson Avropa futbol qurumuna 1990-2007-ci illərdə rəhbərlik edib. Yuhansson bu vəzifədə ən uzun müddət qalan şəxs olub. O, 26 yanvar 2007-ci ildə keçirilmiş seçkidə fransalı Mişel Platiniyə uduzub. Yuhansson 2005-ci ilədək İsveçin AİK klubunun prezidenti olub. UEFA Gənclər Liqasının kubokuna onun adı verilib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33191 səs